Gəncədə qəza törədən sürücü dörd gün sonra xəstəxanada ölüb

Cəmiyyət


Gəncədə qəza törədən sürücü dörd gün sonra xəstəxanada vəfat edib.

“resmixeber.az”un məlumatına görə, 1981-ci il təvəllüdlü Ramil Əskərov noyabrın 11-də idarə etdiyi “MOON 49” markalı mopedlə Gəncə şəhəri, Atatürk prospektində hərəkətdə olarkən idarəetməni itirərək aşıb. O, beyin qanaması və kəllə sümüklərinin sınığı xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Yaralı noyabrın 15-də müalicə aldığı Gəncə şəhər 3 saylı xəstəxananın reanimasiya şöbəsində ölüb.

Faktla bağlı Gəncə Şəhər Polis İdarəsində araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir