Rusiyada yaşayış binasından lifti oğurlamaq istədilər – VİDEO

Dünya


Rusiyanın Perm şəhərində naməlum şəxslər yaşayış binasının girişindən lifti oğurlamağa cəhd ediblər.

Onlar liftin müəyyən hissəsini sökməyə nail olublar, lakin onu çıxara bilməyiblər.

Oğrular lifti birbaşa müşahidə kameralarının qarşısında sökməyə cəhd ediblər. Onlar sürətlə və kifayət qədər effektiv hərəkət ediblər. Hətta bir neçə konstruksiyanı maşına yükləməyə də müvəffəq olublar, lakin getməyə vaxtları çatmayıb.

Onların liftlə konkret nə etmək istədikləri isə hələlik bəlli deyil.

Mənbə: REN TV

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir