Türkiyədə futbolçular oyun vaxtı “oturaq aksiya” keçirdilər – VİDEO

Dünya


Türkiyənin Regional Həvəskarlar Liqasında baş tutan “Rizə Özəl İdarespor” – “Çayelispor” oyununda qonaq komandanın futbolçuları onların qolunu qeydə almayan hakimə qeyri-adi şəkildə etiraz ediblər.

Belə ki, oyunun 80-ci dəqiqəsində “Çayelispor”un futbolçusu fərqlənsə də, hakim daha öncə olan epizodu əsas gətirərək qolu qeydə almayıb.

Hakimin bu qərarı “Çayelispor” futbolçularını və klubun baş məşqçisini hiddətləndirib.

Hakim qırmızı vərəqəyə al ataraq onun qərarına etiraz edən baş məşqçini və komandanın texniki direktorunu meydandan kənarlaşdırıb.

Nəticədə “Çayelispor”un oyunçuları hakimin ardıcıl qərarlarına etiraz olaraq meydanda oturaraq oynamaqdan imtina ediblər.

Maraqlıdır ki, hakim oyunu başlatsa da, rəqib komandanın futbolçuları topu bir-birinə ötürərək rəqibə hücum etməyiblər.

Oyun elə 1:0 hesabı ilə də yekunlaşıb.

Mənbə: İHA

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir