Restoranda Vətən müharibəsi iştirakçısının qətlinə görə tutulan şəxslərin məhkəməsi başlayıb

Kriminal


Restoranda qətl törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb.

resmixeber.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən biri İlqar Abdurahmanovun məhkəməyə gətirilmədiyi bildirilib.

Hakim qeyd edib ki, noyabrın 16-da təqsirləndirilən şəxslərin barəsində olan həbs müddəti bitir.

Dövlət ittihamçısı təqsirləndirilən şəxslərin barəsində olan həbs qəti imkan tədbirinin dəyişdirilmədən saxlanılmasını istəyib.

Müşavirədən sonra qərar elan olunub. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərin həbs müddəti dəyişdirilmədən saxlanılıb.

İş üzrə məhkəmə prosesi noyabrın 20-də davam etdiriləcək.

Qeyd edək ki, qətlə yetirilən C.Vəliyev Dövlət Sərhəd Xidmətinin giziri, Vətən müharibəsinin iştirakçısı olub.

Hadisə xidmətdən kənar vaxtı saat 00:30 radələrində metronun “20 Yanvar” stansiyası yaxınlığındakı restoranda mahnı sifarişinə görə baş verib. Baş gizir Cəsarət Vəliyev 44 günlük Vətən müharibəsində və 12-14 sentyabr Ermənistanın genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirərək “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Təqsirləndirilən Orxan Zeynalov və İlqar Abdurahmanova Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29,120.2.1, 29,120.2.2 (bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi açılıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir