Türkiyədə 255 terror təşkilatı şübhəlisi ələ keçirildi – FOTO

Dünya


Türkiyədə separatçı terror təşkilatlarına, DEAŞ, FETÖ və solçu terror təşkilatlarına qarşı aparılan əməliyyatlar zamanı şübhəli olaraq bilinən 255 nəfər təşkilat üzvü ələ keçirilib.

Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin “Instagram” hesabında paylaşım edilib.

Paylaşımda Jandarm Baş Komandanlığının Terrorla Mübarizə İdarəsinin koordinasiyası altında terror təşkilatlarının fəaliyyətinin qarşısının alınması və maliyyə mənbələrinin bloklanması çərçivəsində həyata keçirilən əməliyyatlarla bağlı məlumat verilib.

Məlumatda, həmçinin bildirilib ki, sosial media hesabları vasitəsilə terror təşkilatlarını tərifləyən paylaşımlar etdiyi aşkarlanan 38 şübhəli şəxs barəsində məhkəmə işi başlanılıb.

Mənbə: Haber Global

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir