Gədəbəydə yanğın zamanı bir qutu qızıl tapıldı – VİDEO

Cəmiyyət


Yanğınsöndürənlər yanğın zamanı tapdıqları bir qutu qızılı sahibinə veriblər.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Gədəbəy rayonunun Parakənd kənd sakini Qismət Cabbarlıya məxsus evdə yanğın baş verməsi ilə bağlı əraziyə cəlb olunan yanğınsöndürənlər əməliyyat zamanı otaqların birində qızıl-zinət əşyaları dolu bir qutu tapıblar. Qutunu tapan yanğınsöndürənlər zinət əşyalarını sahibinə təhvil veriblər.

Qeyd edilib ki, yanğın baş vermiş ev yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir