Gəncədə iki nəfər evlərinə hücum edən şəxslər tərəfindən bıçaqlandı

Kriminal


Gəncədə iki nəfər evlərinə hücum edən şəxslər tərəfindən bıçaqlanıb.

“resmixeber.az”un məlumatına görə, hadisə şəhərin Məhsəti Gəncəvi qəsəbəsində qeydə alınıb.

Bıçaq xəsarəti alan, 1991-ci il təvəllüdlü T.Quliyev və 1981-ci il təvəllüdlü Ə.Ələsgərov yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.

Zərərçəkmişlərin bildirdiyinə görə, onlar olduqları evə hücum edən bir neçə nəfər tərəfindən bıçaqlanıb.

Qeyd edək ki, xəsarət alanlardan biri ev sahibi, digəri isə həmin evdə qonaq olub.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir