Naxçıvanda Peşələr Festivalı keçirilir – FOTO

Cəmiyyət


Naxçıvan şəhərində ilk dəfə Peşələr Festivalı keçirilir.

“resmixeber.az”un yerli bürosu xəbər verir ki, tədbiri Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi təşkil edib.

“Peşəni peşəkardan soruş!” devizi ilə keçirilən festivalda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təmsilçisi Pənah Mehdiyev, Naxçıvan MR əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov, dövlət və özəl qurumların nümayəndələri, yerli ekspertlər, işəgötürənlər, və gənclər iştirak edirlər.

Festival çərçivəsində robototexnika, proqram tərtibatçısı, data analitika, aşpaz, barista, aqronom, bərbər, mobil telefonların təmiri ustası, elektrik avadanlıqların təmiri, yardım masası, Uİ/UX dizayner, qrafik dizayner, geyim üzrə dizayner, fotoqraf/videoqraf peşələri üzrə peşəkar ekspertlər tərəfindən təqdimat və vörkşoplar keçirilir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir