Adil Kərimli: “Kitab ənənəsi Qarabağa möhtəşəm formatda qayıdacaq”

Mədəniyyət


“Azərbaycan xalqı elmə, ədəbiyyata, oxumağa meyillidir və bu sahələr üzrə təşviqedici xalqlar içərisində yer alıb. Sevinirik ki, bu gün istər yeni texnologiya, istərsə də rəqəmsal dünyanın inkişafına baxmayaraq, klassik kitablar yenə də gündəmdədir. Bu da bizim üçün vacib şərtdir”.

“resmixeber.az” xəbər verir ki, bu fikirləri mədəniyyət naziri Adil Kərimli jurnalistlərə açıqlamasında deyib.

Nazir əminliklə ifadə edib ki, işğal dövründə azad edilən ərazilərdəki kitab və kitabxanaya ciddi ziyan dəysə də, kitab ənənəsi Qarabağa möhtəşəm formatda qayıdacaq:

“9-cu Bakı Beynəlxalq Kitab Sərgisində Qarabağ üçün kitabların toplanması və fondun zənginləşdirilməsi istiqamətində aksiyalar da təşkil ediləcək”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir