Neymarın sevgilisinin anasını qarət edib, qızını oğurlamağa cəhd göstəriblər

Dünya


Braziliya millisinin üzvü, eyni zamanda, Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun futbolçusu Neymarın sevgilisinin anasının evini qarət ediblər. Hadisə Braziliyanın Kotia şəhərində baş verib.

Məlumata görə, üç nəfər Neymarın sevgilisinin anasının evinə soxulub, qadının ağzını bağlayıb, ona və ərinə silah tuşlayıb. Soyğunçular ümumi dəyəri təxminən 120 min dollar olan zinət əşyaları, saatlar və dizayner çantalarını oğurlayıblar. Onlar Neymarın sevgilisi Bruna Byankardi və onların yeni doğulmuş qızlarının harada olması ilə də maraqlanıblar.

Sonradan Neymar və Byankardi sosial şəbəkədə özləri ilə bağlı hər şeyin qaydasında olduğunu bildiriblər.

Mənbə: ren.tv/news

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir