Özbəkistanda çoxarvadlılıqla bağlı qərar verildi

Dünya


Özbəkistan Prezidenti Şavkat Mirziyoyev qanunvericiliyə çoxarvadlılığın təşviqinə görə inzibati məsuliyyətin tətbiqini nəzərdə tutan dəyişiklikləri imzalayıb.

Bu barədə ölkənin Ədliyyə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Dəyişikliklərə əsasən, iki və ya daha çox arvadla birgə yaşayışın təbliğinə, bu cür məzmunlu fikir, ideya və ya çağırışların yayılmasına, habelə bu cür hərəkətlərə təşviq edilməsinə görə 405-810 dollar arası cərimə, yaxud 15 sutkayadək müddətə inzibati həbs nəzərdə tutulub.

Qanun həmçinin cinsə görə ayrı-seçkiliyin təbliğini və ictimai yerlərdə şəxsi identifikasiya etməyə imkan verməyən dərəcədə üzü örtməyi qadağan edir.

Mənbə: Mir24.TV

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir