Müğənni Hissin mahnısının sözlərini imtahan sualına saldılar – FOTO

Cəmiyyət


Azərbaycanda abituriyentlər üçün hazırlanmış imtahan sualında müğənni Hissin mahnısının sözləri yer alıb.

Ölkə.Az xəbər verir ki, söhbət özəl tədris müəssisələrindən birində 9-cu siniflər üçün təşkil olunan sınaq imtahanından gedir.

Sualda Hissin “Mars” adlı mahnısındakı “mahnılarım qızıldır, paslanmır” sözləri yer alıb.

Sözügedən sual bəzi valideynlərin marağına səbəb olub. Onlar nə üçün tanınmış sənətkarların klassik ifalarından yox, məhz Hissin mahnısından test tərtib edildiyini sual edirlər.

Qeyd olunur ki, sözügedən suallar Dövlət İmtahan Mərkəzinin bazası əsasında hazırlanıb və bu cür suallar digər tədris mərkəzlərinin də imtahanına salınıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir