Rəqqasə Fatimə Fətəliyevanın köməkçisi: “Xəstəxanadan buraxılıb, işinin başındadır” – AÇIQLAMA

Cəmiyyət


Rəqqasə Fatimə Fətəliyevanın vəziyyəti yaxşıdır.

Bu barədə resmixeber.az-a Fatimə Fətəliyevanın köməkçisi məlumat verib.

O, qeyd edib ki, hazırda hər şey qaydasındadır:

“Fatimə xanım artıq özünü çox yaxşı hiss edir. Şükürlər olsun ki, hər şey qaydasındadır. Bəli, o, göbələkdən zəhərlənmişdi. Lakin qidanı hər hansı bir restoranda yox, evdə qəbul etmişdi. Xəstəxanadan buraxılıb. Artıq öz işinin başındadır. Özünü daha yaxşı hiss edir”.

Xatırladaq ki, Fatimə Fətəliyevanın ötən gün səhhətində problem yaranması ilə bağlı məlumatlar yayılıb – onun zəhərlənərək xəstəxanaya yerləşdirildiyi bildirilib.

Nəzrin Vahid

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir