İsrailin hərəkətlərinə etiraz edənlər Blinkenin Konqresdə çıxışını yarımçıq qoydular – VİDEO

Dünya


İsrailin Qəzza zolağında hərəkətlərinə qarşı çıxan fəallar ABŞ Konqresinə basqın edərək ABŞ dövlət katibi Antoni Blinkenin çıxışını yarımçıq qoyublar.

Nümayişçilər Vaşinqtonun İsrail və Ukraynaya əlavə maliyyə yardımı göstərməsi ilə bağlı parlament dinləmələri keçirilən zala daxil olublar.

“Ayıb olsun!” qışqırıqları ilə onlar “İsrailin Qəzzada soyqırımına yox”, “Qəzzanın mühasirəsinə yox” və “İsrailə pul verməyi dayandırın” sözləri yazılmış plakatlar qaldırıblar. Blinken isə, öz növbəsində, iki dəqiqə səssizcə polisin fəalları binadan çıxarmasını izləyib.

Mənbə: C-SPAN

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir