Van Dammın azərbaycanlı gəlini ad günü sürprizindən danışdı – FOTO/VİDEO

Mədəniyyət


Hollivud ulduzu Jan Klod Van Dammın gəlini olan azərbaycanlı məşhur pianoçu Suada Hacızadə ad günü münasibəti ilə ona edilən xoş sürprizdən danışıb. Belə ki, həyat yoldaşı Kristofer onun çoxdankı arzusunu reallaşdırıb: Onlar birlikdə Floridadakı “Harri Potterin sehrli dünyası”na (“The Wizarding World of Harry Potter”) səyahət ediblər.

resmixeber.az-ın məlumatına görə, Suada bununla bağlı özünün sosial şəbəkə hesabından paylaşım edib.

O, Kristoferə bu emosiyalarla dolu gün üçün təşəkkür edib və onu çox sevdiyini deyib.

“Artıq mənim özəl kolleksiyamda şəxsi çubuğum da var”, – deyə Suada qeyd edib.

Eyni zamanda Kristofer də Suadanın fotosunu paylaşıb və onun arzusunu reallaşdırdığını bildirib.

Xatırladaq ki, azərbaycanlı pianoçu Suada Hacızadə ilə Kristofer Van Varenberg 2021-ci ilin iyununda evləniblər.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir