Gəncədə nənənin küçəyə atdığı uşaqlar Bakıdakı körpələr evinə göndəriliblər

Cəmiyyət


Gəncə şəhərində nənənin küçəyə atdığı qardaş və bacısı Bakı şəhərində yerləşən körpələr evinə göndərilib.

“resmixeber.az”un Qərb bürosunun məlumatına görə, iki yaşlı oğlan və dörd aylıq körpə qız aidiyyəti nümayəndələr tərəfindən Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasından çıxarılaraq Bakı şəhərində yerləşən körpələr evinin birinə aparılıblar.

Xatırladaq ki, Gəncə şəhər Körpələr evi təmirə dayandığı üçün uşaqların Sosial Xidmətlər Agentliyinin müvafiq qərarı əsasında Bakı şəhərində yerləşən körpələr evlərindən birinə yerləşdirilməsi qərarına gəlinib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir