Rusiyanın nüvə gəmisinin “buz tarlası”ndan keçdiyini əks etdirən görüntülər yayımlandı – VİDEO

Dünya


Rusiyanın “Ural” atom buzqıran gəmisinin Qara dənizdəki “buz tarlası”ndan keçdiyini əks etdirən görüntülər yayımlanıb. 

Görüntülər atom gəmisi kapitanının baş köməkçisi Nikita Boyev tərəfindən çəkilib və “Atomflot” “Telegram” kanalında paylaşılıb.

Kadrlardan görünür ki, yuxa şəklində buz parçalarından ibarət olan “buz tarlası” üfüqə qədər olan bütün məkanı tutur. Videoda gəminin suda üzən buz parçalarının içindən heç bir çətinlik çəkmədən keçdiyi əks olunur.

Qeyd edək ki, “yuxa buzlar” su səthinin donmasının ilkin mərhələsində meydana gəlir və kiçik buz hissəciklərinin birləşməsindən yaranır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir