“Nine Senses” mərkəzi rəqəmsal studiyasının açılışını elan edib – FOTO/VİDEO

Mədəniyyət


“Nine Sensens” Yaradıcılıq və Özünüinkişaf Mərkəzi oktyabrın 28-də Beynəlxalq Animasiya Günü çərçivəsində yeni istiqamət – Rəqəmsal İncəsənət üzrə kurslara start verəcəyini elan edib. Bu çərçivədə mərkəz rejissor Emin Mirabdullayevin rəhbərliyi ilə “stop motion” tətbiqi animasiya studiyasını və eksperimental fotoqraf İlkin Zəfərlinin rəhbərliyi ilə bədii-kreativ fotoqrafiya və mobiloqrafiya studiyasının açılışını həyata keçirəcək.

Tədbirin təşkilatçılarının sözlərinə görə, günün proqramı müxtəlifdir və hər kəs özü üçün maraqlı mövzular tapa biləcək.

“”Studiyanın proqramında yaş məhdudiyyəti yoxdur. O, həm böyüklər, həm də uşaqlar üçün faydalı olacaq. Kurs sizə hobbinizi yeni peşəyə çevirməyə imkan verəcək”, – deyə mərkəzdən verilən məlumatda qeyd olunub.

Beynəlxalq Animasiya Gününün proqramı:

Saat 14:00-da tamaşaçılar rejissor Emin Mirabdullayevin dünya animasiyasına dair interaktiv məşğələlərinin təqdimatına dəvət olunacaqlar.

Qonaqlar yeni studiyada animasiya videosunun yaradılması prosesində iştirak edə biləcək və burada “stop motion” (cansız əşyaların kadrda hərəkəti) animasiyasının necə yaradıldığını görəcəklər.

Sonra hər kəs İlkin Zəfərlinin əsərlərinin təqdim olunacağı animasiya miniatürləri sərgisinə dəvət olunacaq.

Hər bir ekspozisiyanın işıq və atmosferlə özünəməxsus dünyası təqdim ediləcək.

Fotoqraf istənilən mürəkkəblik səviyyəsində çəkilişlər və işıqla işləmək üçün mövcud alətlər dəstindən mühit yaratmaq üzrə master-klas keçirəcək.

Qonaqlar, həmçinin telefonlarından istifadə edərək İlkin Zəfərlinin “Freezelight” dərsində iştirak edə biləcəklər. Qeyd edək ki, “Freezelight” – fəzada işıqla şəkil çəkmək sənətidir.

Sonra tədbirin iştirakçıları tamaşa zalında dünya animasiyasının klassiklərinə baxa, 19:00-da isə Dünya Animasiya Gününü ecazkar “ecstatic dance”lə qeyd edə biləcəklər.

Yalnız həmin gün siz kurslara 50 faiz endirimlə bilet ala biləcəksiniz.

Tədbirə giriş pulsuzdur.

Müraciət üçün telefon: (055) 255 54 12

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir