Timsahın “Ulduz müharibələri”nin mahnısı altında marşı hər kəsi güldürdü – VİDEO

DIN


Florida (ABŞ) zooparkından olan timsah “Ulduz müharibələri”ndə “İmperator Marşı”nın ritminə uyğun yeriməyi öyrənib. Darth Gator adlı bir alliqatorun iştirakı ilə çəkilmiş video franşizanın pərəstişkarları və aktyor Mark Hemill tərəfindən maraqla qarşılanıb.

Kadrlarda görünür ki,  “Alliqator əhlilləşdiricisi” teleşousunun iştirakçısı Pol Bedard volyerə daxil olur və smartfonunda “İmperator marşı”nı qoşur.

“Bilmək istəyirəm ki, hovuzun digər ucunda olan Dart musiqini eşidə və “İmperator marşı”na reaksiya verəcəkmi?”, – deyə o bildirir.

Bir neçə saniyədən sonra onlarla timsahdan biri yavaş-yavaş sudan çıxır və musiqinin ritminə uyğun olaraq pəncələrini hərəkət etdirərək Bedardın yanına getməyə başlayır…

Mənbə: “Lenta dnya” “Telegram” kanalı

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir