Gəncədə sərnişin avtobusu aşıb

Cəmiyyət


Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

resmixeber.az-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Xan Bağı ərazisində qeydə alınıb.

1 nömrəli marşrut üzrə hərəkət edən sərnişin avtobusu yolun kənarındakı xəndəyə düşərək aşıb.

İlkin məlumata görə, xəsarət alanlar var. Məlumata görə, avtobusun aşdığı ərazidə bir müddət öncə yaşayış binası inşa olunurmuş, işlər yarımçıq saxlanılıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir