“Rossiya 24” Fransanın müstəmləkə siyasətinə qarşı Bakıda keçirilən tədbirə dair videosüjet yayımladı – VİDEO

Dünya


“Fransa müxtəlif regionlarda geosiyasi intriqalar yaratmaqla məşğuldur”.

Azərbaycan Prezidenti İlham Əliyevin bu sözləri Bakıda Fransanın müstəmləkə siyasətinə qarşı təşkil edilən “Neokolonializm: İnsan haqlarının pozulması və ədalətsizlik” mövzusunda beynəlxalq konfransda səsləndirilib.

Rusiyanın “Rossiya 24” telekanalı bununla bağlı videosüjet təqdim edib.

Bildirilib ki, Bakı təşəbbüs qrupu tərəfindən təşkil olunan tədbirdə müxtəlif ölkələrin, o cümlədən Fransanın dənizaşırı ərazilərinin nümayəndələri iştirak edib.

Qeyd edək ki, “Neokolonializm: İnsan haqlarının pozulması və ədalətsizlik” mövzusunda beynəlxalq konfransda çıxış edən Afrikadakı keçmiş Fransa müstəmləkələrinin, Fransanın dənizaşırı ərazilərinin və Korsikanın nümayəndələri Fransanı keçmiş müstəmləkə dövlətlərinin daxili işlərinə qarışmaqda günahlandırıblar. Eyni zamanda, Fransanın müstəmləkəsi altında olan dövlətlərdə, ərazilərdə apardığı etnik təmizləmə, insan haqlarının ciddi şəkildə pozulması faktları diqqətə çatdırılıb.

Daha ətraflı videosüjetdə:

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir