Fələstinin Rusiyadakı səfiri: “Fələstin İsraillə eyni vaxtda atəşkəs elan etməyin tərəfdarıdır”

Dünya


Fələstin Qəzza zolağında İsraillə eyni vaxtda atəşkəs əldə olunmasının tərəfdarıdır və bunu mümkün hesab edir.

Bu barədə oktyabrın 20-də Fələstinin Rusiyadakı səfiri Abdel Hafiz Nofal məlumat verib.

“Əlbəttə, biz deyirik ki, bu müharibə dayandırılmalıdır”, – deyə o, İsrail və Fələstin arasında hərbi əməliyyatların eyni vaxtda dayandırılmasının mümkünlüyü ilə bağlı sualı cavablandırıb.

O, həmçinin bildirib ki, HƏMAS girov götürülmüş insanları geri qaytarmağa hazırdır. Nofal qeyd edib ki, Fələstin anklavı tibb işçiləri, dərman və avadanlıqla təmin edilməlidir, bundan sonra danışıqlara başlamaq olar.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir