Vətəndaşlar sığorta şirkətlərinə niyə etimad göstərmirlər? – AÇIQLAMA

Cəmiyyət


“Əgər bu gün sığorta şirkətləri ilə bağlı şikayətlərin sayı çoxdursa, deməli, fəaliyyətləri düzgün tənzimlənmir. Təəssüf ki, bu gün sığorta sahəsində “Asan Xidmət” kimi institut yarada bilmirik”.

Bu sözləri Bizim.media-ya açıqlamasında iqtisadçı-ekspert Fuad İbrahimov deyib.

Onun sözlərinə görə, hazırda vətəndaşlarla sığorta şirkətləri arasında qarşılıqlı etimad yoxdur:

“Gərək hər iki tərəf bir-birinə etimad göstərsin. Bizdə isə bu yoxdur. Bütün dünyada sığorta sahəsində mövcud olan müasir qaydaları və ənənələri götürmüşük, amma icra mexanizmində heç bir nəticə əldə edə bilmirik və daim maneələrlə üzləşirik.

Bunlar nədən ibarətdir?

Hazırda icbari sığorta ilə bağlı müəyyən dəyişikliklər var, bahalaşma prosesi gedir və indeksləşmə aparılır. Kimsə bir qəza törədirsə, dərhal ona qarşı növbəti dəfə cərimə sanksiyası tətbiq edilir və onun sığorta xərci 2-3 qat bahalaşır. Əgər belədirsə, o zaman sığorta nəyə lazımdır? O zaman qəzanı törədən qarşı tərəflə razılaşsın və məsələ də bununla bitsin. Onsuz da sığorta hansısa problemin həllini tam təmin etmir və kiçik də olsa, narahatlıqlar qalır”.

Problemlər üst-üstə yığılır…

Bu yanaşmanın müasir dövrlə ayaqlaşmadığını deyən ekspertin fikrincə, sığorta halı baş verən zaman vətəndaş böyük bir bəlaya düşür və onu dərhal ayrı-ayrı istiqamətlərə yönəldirlər:

“Bir sözlə bu sahədə hələ də şəffaf mühitin yaradılması mümkün olmayıb. Digər tərəfdən isə qəza törədənlərdən biri, avtomobili öz ustasının yanında təmir etmək istədiyini söyləyir. Əslində bütün avtomobil ustaları ilə müqavilə bağlanmalıdır ki, belə problemlər yaranmasın.

Bir sözlə, milli-mental ənənələr nəzərə alınmalıdır. Beləliklə də, bütün problemlər üst-üstə yığılır və insanlar da narazı qalırlar. Ona görə ki, düşdüyü ziyandan mənfəətlə çıxmağa çalışırlar. Sığorta şirkətləri də öz növbəsində maksimum həddə pul qazanmaq istəyirlər. Bu iki ziddiyyətli münasibət sığorta sektorunda müəyyən problemlərin yaranmasına səbəb olur”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir