Kolumbiya Fələstində səfirlik açacaq – FOTO

Dünya


Kolumbiya Prezidenti Qustavo Petro Boqotadakı İsrail və Fələstin səfirlikləri ilə görüşdükdən sonra Ramallah şəhərində səfirlik açacağını açıqlayıb.

Petro bu barədə özünün “X” hesabında paylaşım edib.

O, İsrailin Boqotadakı səfiri Qali Daqan və Fələstinin Boqotadakı səfiri Raulf Almalk ilə çəkilmiş fotolarını paylaşıb.

“İki müstəqil və azad dövlətin yolunu açacaq beynəlxalq sülh konfransının keçirilməsinə nail olmaq üçün öz mövqeyimi bildirdim. Sülh içində yaşamalı olan və bu hüquqlara malik israilli və fələstinli uşaqlarla həmrəy olduğumu vurğuladım. Qəzzaya humanitar yardım daşıyan təyyarə göndərəcəyik. Kolumbiya Fələstinin Ramallah şəhərində səfirliyini açacaq”, – deyə Qustavo Petro qeyd edib.

Mənbə: Haber Global

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir