I Beynəlxalq Peşə Ustalığı Yarışının qalibləri bəlli olub

Cəmiyyət


“Azərişıq” ASC-nin Hadrutda təşkil etdiyi ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş türkdilli dövlətlərin gənc energetikləri arasında “Paylayıcı şəbəkələrin rəqəmsal transformasiyası” I Beynəlxalq Peşə Ustalığı Yarışının qalibləri bəlli olub.

resmixeber.az xəbər verir ki, yarışda Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Tatarıstan, Türkiyə və Özbəkistanın energetiklərdən ibarət komandaları iştirak edib.

Qardaş ölkə Türkiyə “Uludağ” və “Başkent” komandaları ilə tədbirə qatılıb.

I Beynəlxalq Peşə Ustalığı Yarışının ikinci günündə iştirakçılar peşə bacarıqlarını nümayiş etdiriblər.

İntellektual və texniki yarışların nəticəsinə görə dörd ölkə qalib olub. Belə ki, birinci yeri Azərbaycan energetikləri qazanıblar. İkinci yeri isə Qazaxıstan və Özbəkistan komandaları bölüşüblər. İlk üçlüyü isə Özbəkistan komandası tamamlayıb.

Müxtəlif nominasiyalar üzrə qalib iştirakçılar kubok və diplomla mükafatlandırılıblar.

Onu da qeyd edək ki, Tatarıstan Elektrik Şəbəkələr Şirkətinin baş direktoru İlşat Fardiyevin təklifi ilə Beynəlxalq Peşə Ustalığı Yarışı növbəti il Tatarıstanda təşkil olunacaq.

Qeyd edək ki, oktyabrın 20-si Azərbaycanda Energetiklər Günüdür. On doqquz ildir ki, Azərbaycan energetikləri öz peşə bayramlarını iftixarla qeyd edirlər.

Könül Cəfərli

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir