Kayzi Pyer: “Yeni Kaledoniya müstəqillik uğrunda mübarizədə göstərdiyi dəstəyə görə Azərbaycana minnətdardır”

Dünya


“Yeni Kaledoniya müstəqillik uğrunda mübarizədə göstərdiyi dəstəyə görə Azərbaycana minnətdardır”.

“resmixeber.az” xəbər verir, bunu Yeni Kaledoniya təmsilçisi Kayzi Pyer mətbuat konfransında deyib.

O, həmçinin Yeni Kaledoniya xalqının öz hüquqları uğrunda apardığı mübarizədə dəstək tapmaq imkanına görə Azərbaycana təşəkkürünü bildirib.

Onun sözlərinə görə, Fransa Yeni Kaledoniyanın müstəmləkəsi altında olmuş ölkələr siyahısına daxil edilməməsi üçün hər cür cəhd göstərir:

“Azərbaycanın sayəsində biz Qoşulmama Hərəkatı kimi nüfuzlu platforma vasitəsilə dünya ictimaiyyətinə səsimizi çatdıra bildik və dəstək istədik. Biz müstəqilliklə bağlı ikinci referendumun keçirilməsini tələb edirik. Əvvəlki referendumda iştirak etməmişdik. Bu məqsədlə beynəlxalq ictimaiyyətin dəstəyini almalıyıq”.

Qeyd edək ki, sabah Azərbaycanın paytaxtında Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfrans keçiriləcək.

Toplantıda 14 ölkədən, eləcə də Fransanın dənizaşırı əraziləri və Korsikadan olan nümayəndələr iştirak edəcək.

Xatırladaq ki, Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində bu il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir