Lyuk Frensis Kerol: “Fransanın müstəmləkəçiliyinə son qoyulmalıdır”

Dünya


“Fransanın müstəmləkəçiliyinə son qoyulmalıdır”.

“resmixeber.az” xəbər verir ki, bunu Martinikanın Azadlıq Partiyasının nümayəndəsi Lyuk Frensis Kerol mətbuat konfransında deyib.

“Biz bunun sakit şəkildə baş verməsini istəyirdik. Lakin fransızlar sülh dilini başa düşmürlər. Bizə beynəlxalq platformalarda çıxış etmək, problemlərimizi danışmaq imkanını və şəraitini yaratdığına görə Azərbaycana minnətdarıq. Azərbaycan bizə dünya ictimaiyyətinə fikirlərimizi çatdırmaq, müstəmləkəçilik siyasətinə son qoymaq məsələlərində kömək edir. Müstəmləkəçilik dövrü bitməlidir”, – deyə o qeyd edib.

Qeyd edək ki, sabah Azərbaycanın paytaxtında Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfrans keçiriləcək.

Toplantıda 14 ölkədən, eləcə də Fransanın dənizaşırı əraziləri və Korsikadan olan nümayəndələr iştirak edəcəklər.

Xatırladaq ki, Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində bu il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir