Dövlət Komitəsinin sədri: “Son 20 ildə qadınların sahibkarlıq sahəsində rolu artıb”

Cəmiyyət


“Azərbaycanda 2022-ci il üzrə qadınlarda orta aylıq əməkhaqqının kişilərin orta aylıq əməkhaqlarının 68,1%-ni təşkil etdiyini görərik. 2015-ci ildə bu nisbət 53,9% təşkil edirdi”.

resmixeber.az-ın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycan Qadınlarının VI Qurultayında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son 20 ildə iş dünyasında qadınların rolu və çəkisinin intensiv artdığı göz önündədir:

“İqtisadiyyat, biznes mühitində qadınların öz hüquqlarından yararlana bilməsi onların cəmiyyətin iqtisadi sütunlarının möhkəmlənməsində rolunu artırır. Xüsusilə kiçik və orta sahibkarlıqda biznes fəaliyyətinin dəstəklənməsi məqsədilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən təkcə 2023-cü ilin yanvar-avqust ayları ərzində 140 qadın sahibkara ümumilikdə 9,9 milyon manat güzəştli kredit verilib”.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir