Quterreş Yaxın Şərqdə atəşkəs üçün çağırış edib – FOTO

Dünya


BMT-nin Baş katibi Antonio Quterreş Yaxın Şərqdə humanitar zəmində dərhal atəşkəs əldə etməyə çağırıb.

O, bunu Pekində keçirilən “Bir kəmər – bir yol” üçüncü beynəlxalq əməkdaşlıq forumunun açılışında deyib.

“Mən girovların dərhal, qeyd-şərtsiz azad edilməsi və humanitar yardımın əldə edilməsi üçün xalqlara iki müraciət etdim”, – deyə baş katib bildirib.

Quterreş fələstinlilərin İsraillə bağlı illərlə yığılan incikliyinin HƏMAS-ın hücumlarına haqq qazandıra bilməyəcəyi kimi, HƏMAS-ın hərəkətlərinin də İsrailin fələstinliləri kollektiv şəkildə cəzalandırmasına haqq qazandırmadığını vurğulayıb.

Bundan əvvəl NBC telekanalı Fələstinin HƏMAS radikal hərəkatının adı açıqlanmayan nümayəndəsinə istinadən iddia etmişdi ki, İsrail Qəzza zolağına hava hücumlarını dayandırarsa, hərəkat girov götürülmüş bütün mülki vətəndaşları bir saat ərzində azad etməyə hazırdır.

Qeyd edək ki, Quterreş humanitar zəmində atəşkəslə bağlı özünün “X” hesabında da çağırış edib. Onun sözlərinə görə, hazırda bu qərardan həddən artıq çox insanın, eləcə də, bütün regionun taleyi asılıdır.

Mənbə: İzvestiya

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir