Misir fələstinli qaçqınları qəbul etmək istəmir: Onları göndərməklə hədələyir

Dünya


“Misir fələstinli qaçqınları qəbul etmək istəmir və onları Avropaya göndərməklə hədələyir”.

Bu barədə “Financial Times” mənbələrə istinadən yazıb.

İsrailin hücumu ərəfəsində Qərbin fələstinli qaçqınlar üçün nəzarət-buraxılış məntəqələrinin açılması ilə bağlı təzyiqi Qahirəni “qəzəbləndirib”. Qahirə ehtiyat edir ki, onu qaçqın axınını Sinay yarımadasına qəbul etməyə məcbur edə bilərlər.

Misirin xarici işlər naziri artıq bildirib ki, məcburi köç Fələstin böhranının həlli deyil.

“Siz istəyirsiniz ki, bir milyon insanı qəbul edək? Yaxşı, mən onları Avropaya göndərmək niyyətindəyəm. Siz insan haqlarının belə qayğısına qalırsınızsa, elə siz də onları qəbul edin”, – deyə nəşr adı açıqlanmayan Misir rəsmisinin avropalı həmkarına söylədiyi sözlərdən sitat gətirib.

“Misirlilər olduqca qəzəblidirlər”, – deyə Avropa rəsmisi bu söhbət barədə bildirib.

Misir zəif iqtisadiyyata və bu qədər insanı qəbul etmək üçün kifayət qədər infrastruktura malik deyil. O, həmçinin hesab edir ki, müvəqqəti yerləşdirmə adı altında qaçqınları qəbul etsə, onlar sonra evlərinə tezliklə qayıtmayacaqlar və ya heç qayıtmayacaqlar.

Üstəlik, bir çox qaçqınlar sonradan yeni yaraqlılara çevrilə və İsraildən qisas almaq fikrinə düşə bilərlər. Ərazisində artıq İŞİD bazaları olan Misir isə bunu istəmir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir