KİV: ABŞ Yaxın Şərqdə iki min hərbçi yerləşdirəcək

Dünya


ABŞ Müdafiə Nazirliyi təxminən iki min hərbçini İsrailə dəstək məqsədilə Yaxın Şərqə mümkün yerləşdirməyə hazırlamaq üçün seçib.

Bu barədə “The Wall Street Journal” Pentaqondakı mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, hərbçilər ABŞ Silahlı Qüvvələrinin müxtəlif bölmələrindən cəlb edilib. Onların əsas vəzifələri “məsləhətləşmə və tibbi dəstək” olacaq.

Hazırda ABŞ-nin seçilmiş hərbi personalı Yaxın Şərqin digər ölkələri və Avropadadır. Onların transferinin konkret nəyə əsaslanacağı və hara göndərilə biləcəyi hələ məlum deyil.

İstənilən halda Pentaqonun qərarı Vaşinqtonun İsrail qüvvələrinə dəstək verməyə hazırlaşdığını göstərir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir