Toğrul Nəsirli: “Qanun pozuntusu aşkarlanan sürücülər barəsində aidiyyəti üzrə protokol tərtib edilib”

Cəmiyyət


“Paytaxtətrafı qəsəbələrə hərəkət edən, sərnişindaşıma fəaliyyəti göstərən 200-ə yaxın yük maşınları və avtobusların standartlara uyğun olmayan dövlət nömrə nişanları ilə fəaliyyəti aşkarlanıb”.

resmixeber.az xəbər verir ki, bu fikirləri Respublika Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin baş inspektoru, polis kapitanı Toğrul Nəsirli deyib.

O bildirib ki, qanun pozuntusu aşkarlanan sürücülər barəsində aidiyyəti üzrə protokol tərtib edilib:

“Bundan başqa 20-yə yaxın minik avtomobilində dövlət nömrə nişanlarına müdaxilə halları aşkarlanıb. Sürücülərin avtomobillərin dövlət nömrə nişanlarına etdikləri müdaxilə halları aradan qaldırılıb. Həmin qayda pozuntusuna yol verən sürücülərə qanunvericiliyə əsasən 100 manat (4 bal) cərimə tətbiq edilib”.

Könül Cəfərli

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir