Saatlıda toydan qayıdan ailələr qəzaya düşüblər: Xəsarət alanlar var – ADLAR

Cəmiyyət


Saatlı rayonunda toydan qayıdan ailələr avtomobil qəzasına düşüblər, 5 nəfər xəsarət alıb.

resmixeber.az-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlı rayonunun Orta Muğan kəndində qeydə alınıb.

“KİA Sorento” markalı nəqliyyat vasitəsinin aşması nəticəsində avtomobildə olan 5 nəfər – Saatlı rayonunun Orta Muğan kənd sakinləri, 2009-cu il təvəllüdlü Turqut Sahil oğlu Şərbətov, 1986-cı il təvəllüdlü Sahil Tahir oğlu Şərbətov, Samir Mirhəşim oğlu Seyidov, 2009-cu il təvəllüdlü Xədicə Fuad qızı Yusifzadə, 1985-ci il təvəllüdlü Fuad İsmayıl oğlu Yusifov müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Avtomobildə xəsarət alan hər iki azyaşlı əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir