BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində “Azərbaycan işi”: Ermənistanın xeyrinə qərar gözlənilmir – ŞƏRH

Siyasət


Oktyabrın 12-də BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr başlayıb.

BMT-nin Beynəlxalq Məhkəməsində Qarabağ məsələsinin müzakirəsindən İrəvanın xeyrinə nəticələr çıxacağı inandırıcı deyil.

Çünki məhkəmə dəlillərlə işləyir, fakt budur ki, Azərbaycan Qarabağda yaşayan erməni sakinlərə təklif vermişdi, onlara hüquq tanımışdı.

Kimsə bu hüquqdan yararlanmağı deyil, ərazini tərk edib Ermənistana getməyi seçibsə, buna Azərbaycan müdaxilə edə bilməzdi.

İkinci bir cəhət, Azərbaycan Qarabağda mülki insanlara qarşı heç bir akt icra etməyib, bunu sübut edəcək dəlil yoxdur, çünki ümumiyyətlə belə bir hadisənin özü mövcud deyil.

BMT-nin missiyası da Azərbaycanın antiterror tədbirlərindən sonra regiona gəldi, onun hesabatı erməni propaqandasının üstündən yekə bir xətt çəkdi.

Ancaq BMT institutları Qarabağ və indiki Şərqi Zəngəzurun işğalı zamanı regiona missiya göndərməmişdi, Azərbaycanın məqsədyönlü şəkildə dağıdılan dini-tarixi abidələri, mədəni irsi, şəhərləri, kəndləri haqqında ağızlarına su alıb oturmuşdular.

Amma Azərbaycan bunu tarixi fakt kimi yadda saxlayır və gələcəyə baxır, BMT institutlarının regiona gəlib daha ətraflı və ədalətli hesabat hazırlamasını gözləyir.

Əgər BMT nümayəndələri Qarabağa, Şərqi Zəngəzura gəlmək istəyirlərsə, onda onlar:

– Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında qalması faktını nəzərə almalıdırlar,

– Məscidlərin və digər abidələrin dağıdılmasını diqqətdə saxlamalıdırlar,

– Azərbaycanlılara dəymiş zərərə, bir milyon qaçqın və məcburi köçkün probleminə, mina probleminə, itkin düşmüş şəxslər məsələsinə və qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdışı məsələsinə baxmalıdırlar.

Ümumilikdə isə beynəlxalq məhkəmələr, həqiqətən, dəlilə əsaslanırsa, Ermənistanın xeyrinə qərar çıxarılması gözlənilən deyil.

Aqşin Kərimov

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir