14 yaşlı Nərminin əməliyyat olunmağı üçün 300 manata ehtiyacı var – FOTO

Cəmiyyət


14 yaşlı Nərminin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə resmixeber.az-a onun atası Əlihüseyn Rzayev məlumat verib.

O bildirilib ki, övladı anadangəlmə spina bfida xəstəliyindən əziyyət çəkir.

“Nərmin anadangəlmə spina bfida xəstəliyindən əziyyət çəkir. Doğulduğu gündən müalicələrini vaxtı-vaxtında etsək də, artıq övladımın bədənində əyilmə gedir. Bu isə onun nəfəs almağına, yaşamağına mane olur. Hazırda Nərmin İran İslam Respublikasında təcili əməliyyat olunmalıdır. Əməliyyat üçün lazım olan 4 000 manatın 3 700 manatını toplaya bilsək də, 300 manatımız çatmır. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Qeyd edək ki, TƏBİB ailə ilə əlaqə saxlayaraq Azərbaycan Respublikası sərhədləri daxilində TƏBİB tabeli dövlət tibb müəssisələrinə müraciət edib Xidmətlər Zərfi çərçivəsində icbari tibbi sığortadan yararlana biləcəyi bildirilib. Həmçinin təyin edilən cərrahi əməliyyat TƏBİB tabeli dövlət tibb müəssisələrində icra olunmadığı təqdirdə özəl tibb müəssisələrində göndəriş əsasında xidmət ala biləcəyi barədə məlumat verilib. Valideyn təkidlə cərrahi əməliyyatın İran İslam Respublikasında icra olunmasını istədiyini bildirib.

Ailə ilə əlaqə: (055) 289-75-54

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir