Elçin Əliyev: “Naxçıvan Muxtar Respublikasında problemli kreditlərin həcmi ötən il üç faiz təşkil edib”

Cəmiyyət


“Naxçıvan Muxtar Respublikasında problemli kreditlərin həcmi ötən il üç faiz təşkil edib”.

resmixeber.az-ın məlumatına görə, bunu Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev media nümayəndələri ilə görüşdə deyib.

O qeyd edib ki, bu ilin sentyabrın 1-ə olan məlumata görə, vaxtı keçmiş kreditlərin payı 2,1-ə qədər düşüb:

“Göstəricinin aşağı olması Naxçıvanın balaca yer olması və burada əhali arasında psixoloji durum və ictimai qınağın olmasıdır. Naxçıvanda kreditin qaytarılması mədəniyyəti daha yüksəkdir və kommersiya bankları burada daha az problemlə qarşılaşır. Bu baxımdan Naxçıvan problemli kreditlərin aşağı olduğu pillələrdədir”.

E.Əliyev qeyd edib ki, sığortalanma ötən illə müqayisədə 59 faiz artıb:

“Sığortaçıların sığortalananlara qaytardığı vəsaitdə də 85 faiz artım qeydə alınıb”.

Qeyd edək ki, problemli kreditlərdə ölkə üzrə ən aşağı göstərici Dağlıq Şirvan ərazisindədir.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir