“Nikosayağı”nın atası: “Media oğlumun işini çətinləşdirir” – AÇIQLAMA + VİDEO

Cəmiyyət


Sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin son durumu ilə bağlı atası məlumat verib.

Bloqerin atası, tanınmış nevropatoloq Nafiz Mütəllimov resmixeber.az-a açıqlamasında oğlunun hazırda evdə müalicələrinə davam etdiyini bildirib:

“Vəziyyəti eynidir. Hər şeyi açıq şəkildə bilirsiniz. Nicat tədricən sağalacaq. Qolu da hər kəsə məlumdur. Evdə müalicələrinə davam edilir”.

N.Mütəllimov mediaya açıqlamaya ehtiyac olmadığını vurğulayıb:

“Mediaya açıqlamaya ehtiyac olmadığını düşünürəm. Bu, Nicatın işini daha da çətinləşdirir. Yazanda problemlər təzələnir. Ona ziyandır”.

Xatırladaq ki, sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirli avqustun 15-də qəzaya düşüb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, ağır bədən xəsarətləri alan bloqer isə xəstəxanaya aparılıb. Onun qolu amputasiya olunub.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov ən son açıqlamasında istintaq tədbirlərinin davam etdiyini vurğulayıb.

Nəzrin Vahid

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir