Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunublar

Cəmiyyət


Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunublar.

Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, nazirliyin Aparat rəhbərinin müavini Nərminə Hüseynova, Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunublar.

Mehriban Vəliyevaya, həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsi həvalə olunub. 

Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev bu barədə müvafiq əmrlər imzalayıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir