Minaya düşən şəxsin ayaqları amputasiya edilib

Cəmiyyət


Ötən gün Tərtər rayonunun Həsənqaya kəndi yaxınlığında minaya düşən Zaməddin Qəzənfər oğlu Həsənovun hər iki ayağı amputasiya edilib.

Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, piyada əleyhinə minanın partlayışı nəticəsində rayonun Həsənqaya kənd sakini 1986-cı il təvəllüdlü Zaməddin Qəzənfər oğlu Həsənov xəsarət alıb. Xəsarət alan şəxsin hər iki ayağı amputasiya edilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir