Ağstafada evakuatorla mikroavtobus toqquşub, beş nəfər xəsarət alıb

Cəmiyyət


Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

resmixeber.az-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralında qeydə alınıb.

Ağstafa-Qazax marşrutu üzrə hərəkət edən mikroavtobus evakuatorla toqquşub.

Qəza zamanı mikroavtobusun sərnişinləri, 1975-ci il təvəllüdlü Şərifə Qasımova, 1981-ci il təvəllüdlü Afət Məmmədova, 1982-ci il təvəllüdlü Həcər İsmayılova, 1988-ci il təvəllüdlü Təranə Tomtiyeva və 2005-ci il təvəllüdlü Nərimin Məmmədova xəsarət alaraq Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Onların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir