Fransanın keçmiş prezidenti Nikola Sarkoziyə qarşı yeni ittihamlar irəli sürüldü

Dünya


Fransanın keçmiş prezidenti Nikola Sarkoziyə qarşı 2007-ci ildə seçki kampaniyasının maliyyələşdirilməsi işi ilə bağlı yeni ittihamlar irəli sürülüb.

Eks-prezident “şahidin tabeliyi haqqında məlumatın gizlədilməsi” və “cinayətkar qruplaşmanın tərkibində məhkəmə saxtakarlığı törətmək üçün cinayətdə əlbir olma” maddələri üzrə şübhəli bilinir.

Xatırladaq ki, daha əvvəl fransalı müstəntiqlər 2007-ci ildə Liviya hakimiyyəti tərəfindən seçki kampaniyasının mümkün maliyyələşdirilməsi ilə bağlı araşdırma çərçivəsində keçmiş prezident Nikola Sarkozinin evində axtarış aparıblar.

Həmçinin Sarkozi 2012-ci il seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsində də təqsirli bilinib.

Mənbə: BFMTV

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir