İzmirdə terrorla mübarizə tədbirləri çərçivəsində partiya həmsədrləri saxlanıldılar – FOTO

Dünya


Türkiyənin İzmir vilayətində polis qrupları tərəfindən həyata keçirilən əməliyyat zamanı Xalqların Demokratik Partiyasının İzmir bölgəsi və Buca rayonu üzrə həmsədrləri saxlanılıblar.

İzmir vilayəti Təhlükəsizlik İdarəsinin Terrorla Mübarizə Şöbəsinin qrupları səhər saatlarında 3 şübhəlinin tutulması üzrə əməliyyat həyata keçirib. Əməliyyat zamanı Xalqların Demokratik Partiyasının (Halkların Demokratik Partisi – HDP) İzmir üzrə həmsədrləri Vedat Çınar Altan və Berna Çelik, həmçinin partiyanın Buca rayonu üzrə həmsədri Nihat Türk nəzarətə götürülüblər.

Saxlanılan şübhəlilərlə bağlı araşdırmalar davam edir.

Mənbə: Haber Global

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir