Müəllim qəzada həyatını itirdi – FOTO

Cəmiyyət


Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, gecə saatlarında Yasamal rayonu ərazisində minik avtomobili 1988-ci il təvəllüdlü Tahir Zeynalovu vurub. Ağır xəsarət alan piyada hadisə yerində vəfat edib.

Bildirilir ki, T.Zeynalov kursların birində müəllim olub. O, gecə saatlarında dəmir arakəsməni keçərək yolun əks tərəfinə doğru hərəkət edib və bu zaman avtomobil tərəfindən vurulub.

T.Zeynalov doğulduğu Neftçala rayonunun Xolqarabucaq kəndində dəfn edilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir