İranda türkçülükdə ittiham olunan milli fəalın həbs cəzası qüvvədə saxlanıldı – FOTO

Dünya


Tehran Apellyasiya Məhkəməsi Güney Azərbaycan Milli Hərəkatının fəallarından Əli Rəzizadə Nadarlının barəsində çıxarılan üçillik həbs cəzasını qüvvədə saxlayıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bundan əlavə, həbsdən buraxıldıqdan sonra onun daha 2 il müddətinə siyasi, ictimai qurumlarda üzvlüyünə, sosial mediada fəaliyyətinə, o cümlədən ölkədən çıxışına qadağa qoyulub.

Qeyd edək ki, o, “pantürkizm qruplaşmasına üzv olmaqla ölkənin milli təhlükəsizliyinə xələl gətirmək”də ittiham edilib.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir