Anar Quliyev: “Son üç il ərzində işğaldan azad edilmiş ərazilərdə güclü işlər görülüb”

Cəmiyyət


“Son üç il ərzində işğaldan azad edilmiş ərazilərdə güclü işlər görülüb. Şəhərlərin, demək olar ki, hamısının Baş Planı hazırlanıb və təsdiq olunub. Bu proses davamlı olaraq aparılacaq”.

resmixeber.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu gün artıq işğaldan azad edilmiş beş yaşayış məntəqəsinə əhali köçür:

“Bu proses sürətlə davam edəcək. “Böyük Qayıdış” Proqramı çərçivəsində artıq ərazi planlaşdırma sənədləri təsdiq edilib. Proqram çərçivəsində 2026-cı ilə qədər 140 min nəfərin doğma torpağına, evlərinə köçürülməsi planlaşdırılıb. Əhali üçün həmin ərazilərdə yeni yaşayış binaları inşa edilərək bir qismi istifadəyə verilib”.

Könül Cəfərli

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir