Varşavada miyondan çox insan küçələrə axışdı – VİDEO

Dünya


Polşanın keçmiş baş naziri Donald Tuskun ən böyük müxalifət partiyası olan “Vətəndaş Platforması”nın təşkilatçılığı ilə Varşavanın mərkəzində kütləvi yürüş keçirilib.

“Bir milyon ürək marşı” ölkədə oktyabrın 15-nə təyin edilmiş növbəti parlament seçkilərinə düz iki həftə qalmış baş tutub.

“Biz şərlə mübarizə aparmaq, bu hökuməti məhkəmə qarşısına çıxarmaq üçün ayağa qalxırıq ki, Polşa bir daha yalandan, nifrətdən və oğurluqdan azad olsun. Bu bizim zamanımızdır”, – Tusk deyib.

Siyasətçi yürüşü “dirçəliş simvolu” adlandırıb.

Tuskun sözlərinə görə, yürüşə 1 milyondan çox iştirakçı qatılıb.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir