Ermənistan parlamentinin komissiyası Roma Statutunun ratifikasiyası haqqında qanun layihəsini qəbul edib

Dünya


Ermənistan Parlamentinin Dövlət və Hüquq Məsələləri Daimi Komissiyası bugünkü iclasında Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunun ratifikasiyası haqqında qanun layihəsini qəbul edərək parlamentə göndərib.

Komissiyanın iclası yerli portallar tərəfindən real vaxt rejimində yayımlanıb.

“İştirak edənlərin hamısı bu qanun layihəsinin qəbul edilməsinə və parlamentin iclaslarının gündəliyinə daxil edilməsinə səs verdi”, – deyə komissiyanın sədr müavini Arusyak Culakyan qeyd edib.

Qeyd edək ki, komissiyanın iclasında müxalifət iştirak etməyib.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir