İngiltərə Liqa Kuboku: “Liverpul”, “Çelsi” və “Arsenal” növbəti mərhələdə – VİDEO

Dünya


İngiltərə Liqa Kubokunda 3-cü raundun oyunları keçirilir.

resmixeber.az xəbər verir ki, “Liverpul” öz meydanında ölkənin səviyyəcə ikinci liqası olan Çempionşipin lideri “Lester”i qəbul edib.

Qarşılaşma Mersisayd klubunun qələbəsi ilə başa çatıb – 3:1. Hesabı üçüncü dəqiqədə qonaq komandanın heyətində Keysi Maktir açıb. Lakin 48-ci dəqiqədə Kodi Qakpo hesabda tarazlıq yaradıb. 70-ci dəqiqədə Dominik Soboslay “qırmızılar”ı hesabda önə keçirib. 89-cu dəqiqədə isə Dioqu Jota yekun nəticəni müəyyənləşdirib.

Mərhələ bir oyundan ibarət olduğundan “Liverpul” növbəti raunda adlayıb.

“Arsenal” bu mərhələdə “Brentford”un qonağı olub. Cütün taleyini bir qol həll edib. Səkkizinci dəqiqədə Ris Nelsonun vurduğu qol “Arsenal”ı növbəti mərhələyə daşıyıb.

“Çelsi” də günü qalib başa vurub. “Zadəganlar” doğma meydanda “Brayton”dan güclü olublar – 1:0. 51-ci dəqiqədə Nikolas Ceksonun vurduğu yeganə qol “Çelsi”nin mərhələ adlaması üçün kifayət edib.

“Mançester Siti” isə turnirlə erkən vidalaşıb. “Şəhərlilər” səfərdə “Nyukasl”a uduzublar – 1:0. Aleksander İsakın 53-cü dəqiqədə vurduğu qol “sağsağanlar”ı növbəti raunda yüksəldib.

Bundan başqa, “Everton”, “Blekbern”, “Bornmut” və “Vest Hem” mərhələ keçməyi bacarıblar.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir