Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Bakıda inşası davam etdirilən Zəfər parkında – FOTO

Siyasət


27 Sentyabr – Anım Günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.

Parkın girişində xatirə daşının önünə gül dəstələri düzülərək qürur mənbəyimiz olan qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb.

Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, 27 Sentyabr – Anım Günü kimi qeyd edilir. Bu gün xalqımız ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edir.

Şanlı tarix yazan qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyirik! 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir