Ermənipərəst senatorun sonu gəldi – FOTO

Dünya


Bu yaxınlaradək ABŞ Senatının Xarici Əlaqələr Komitəsinə rəhbərlik edən qatı ermənipərəst Robert Menendesin siyasi karyerasının tənəzzülü və Azərbaycan torpaqlarındakı erməni separatizminin sonu eyni vaxta təsadüf edib.

Artıq senatorun fotosu komitənin rəsmi “X” hesabından da yığışdırılıb. Belə ki, ona qarşı qaldırılan korrupsiya işi ilə əlaqədar Menendes səlahiyyətlərinin icrasını müvəqqəti dayandırıb və komitə sədri vəzifəsindən istefa verib.

Nyu-Yorkun Cənub Dairəsinin prokurorluğunun məlumatına görə, senator və həyat yoldaşı Nadin Arslanyan yüz minlərlə dollar rüşvət alıb və gizli məlumatları Misirə ötürüblər.

Xatırladaq ki, 69 yaşlı Menendes “ABŞ tarixində iki dəfə cinayətdə ittiham olunan ilk senator” kimi yadda qalacaq.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir